Bakı ş. Mirzə Ibrahimov küç. 18

  • Slider 1
  • Slider 1

Lobby Bar

Hale Kai Mehmanxanasındakı Lobby Bar səhər və ya axşam istirahət edə biləcəyiniz eleqant və xudmani bir bar olacaqdır. Səhər yeməyi üçün kofe və isti kruasan və ya gecə kokteyldən seçməsindən asılı olmayaraq Lobby Bar qonaqlarımızı rahat və mehriban bir atmosferlə təmin edir. Hotelin kafesi və restoranı qonaqları geniş çeşidli beynəlxalq jurnal və qəzetlər, eləcə də müntəzəm olaraq dünyadakı yeni incəsənət sərgiləri və moda şouları haqqında məlumatlar ilə cəlb edir. Şüşəli kafedə İtalyan dizaynı olan stollar və baş üzərindən asılmış sərinkeşlər var. Lobby Barın iki LCD monitorlarında ən son idman oyunları, incəsənət şouları və dünyadakı xəbərlər göstərilir.

Lobby Bar digər yerli təsisatlardan Frenk Lloyd Raytın unikal dekorasiyası ilə fərqlənir. Bar Frenk Lloyd Raytın taxta replikalı bar stulları, cəlbedici qara yaylı oturacaqları, xoş təbii rəngləri və dalğın işıqlanması ilə seçilir.

Lobby Bar biznes turistlər və yerli xarici icmanın üzvləri üçün dizayn edilib. Görüşmək və erkən səhər kofesi içmək və ya televiziyadakı idman hadisələrini izləmək istəyən şəxslər barın abu-havasının mükəmməl bir məkan yaratdığını kəşf edəcək.

Kafe və restoranımız, həmçinin, səyyahların yerli mədəniyyət və Bakının tarixi yerlərini görmək və ya sadəcə dincəlmək və ingilisdilli mətbuatı oxumaq istəyini nəzərə alır. Lobby Bar teatra yola düşməzdən öncə görüşmək və ya ayaqla uzun bir gəzinti günündən sonra dincəlmək və söhbətləşmək üçün ideal bir yerdir. Mehriban barmenlərimiz məmnuniyyətlə sizə xidmət edəcək və Bakıdakı növbəti sərgüzəştinizi planlamaqda sizə məsləhət verəcəkdir.