Bakı ş. Mirzə Ibrahimov küç. 18

  • Slider 1
  • Slider 1
  • Slider 3

SƏHƏR YEMƏYİ OTAĞI

Səhər yeməyi otağı üçüncü mərtəbədə yerləşir və iyirmi nəfərlik rahat yeri var. O üçüncü mərtəbənin balkonuna açılaraq binanın iki tərəfini əhatə etməklə, qonaqlarımıza qonşuluqdakı 19-cu əsrin arxitektura tikililərindən zövq almaq imkanı yaradır.

Səhər yeməyi otağında gözəl, hündür və cilalı Avropa mebeli, təbii daş piştaxta başlıqları və paslanmayan poladdan ləvazimatlar olan açıq mətbəx ərazisi vardır. Otaqda, həmçinin, səhər xəbərləri, moda kanalları və idman hadisələrini izləmək üçün iki böyük ekranlı TV vardır. İnteryer rahatlayıcı səhər atmosferi yaradan yumşaq rənglərin palitrası və xoş, aşağı voltajlı işıqlarla tamamlanır.

Səhər yeməyi otağı səhər saat 07.00-10.00 üçün açıqdır və səhər yeməyi omletlər, şirələr, çay, kofe, yoqurt, təzə meyvə şirəsi, yağ, pendir, bal, bekon, sosiska və yumurtadan ibarətdir. Bundan əlavə, şirniyyat, təzə meyvələr və çeşidli quru yarma təklif edilir.