Bakı ş. Mirzə Ibrahimov küç. 18

  • Slider 1
  • Slider 1
  • Slider 3

HAQQIMIZDA

Tarixi Bakının Qədim Şəhərindən və müasir Bakının əsas biznes mərkəzlərindən piyada beş (5) dəqiqəlik məsafədə yerləşən Hale Kai Hoteli Amerikan sahibkar tərəfindən idarə edilən butik hotel, stimulverici və ekzotik bir şəhərdə dostyana və yaxşı bir sığınacaqdır. Hoteldə hər bir otaq yüksək sürətli İnternet, fərdi qızdırıcı və kondisionerlə təchiz edilmişdir. Hotel Frenk Lloyd Raytın Beynəlxalq Üslubunda bəzədilib, qeyri-rəsmi biznes görüşü üçün sakit bir künc və ya Bakının məşhur Qədim Şəhərinin daş döngələri, incəsənət qalereyaları və görməli tarixi yerlərini gəzdikdən sonra sizə rahat bir stul və soyuq içki təklif edir. Hale Kai Hoteli, həmçinin, Xəzər Dənizinin sahilində yenicə bərpa edilmiş çoxsaylı parklar ilə dəniz limanı arasındakı piyada məsafənin mərkəzində yerləşir.

Frenk Lloyd Rayt dünyanın ən görkəmli və nüfuzlu arxitektorlarından biri olub.

O həm qeyri-adi həyatı, həm də karyerası olan bir şəxs idi. Öz hərtərəfli istedad və zəkasını daş şahəsərlərdə və təkrarsız təbii işlərdə ifadə edən arxitektor "qəlbin inkişafı üçün" dizayn edirdi. Rayt arxitektura fəlsəfəsində inqilab etdi və onun radikal baxışları və materiallardan novatorcasına bəhrələnməsi bugün də insanlara təsir etməkdədir.


Əziz Qonaq,

Hale Kai Hotelində sizi salamlamaqdan məmnunuq. Bakının ürəyində yerləşən Hale Kai Məşhur Fontanlar Meydanı ilə Qədim Şəhər arasında, eləcə də şəhərin biznes, hökumət və incəsənət mərkəzlərindən piyada məsafədədir. Bakıdakı butik hotelimiz 2007-ci ilin sentyabrından başlayaraq yeni rəhbərlik altında fəaliyyət göstərir.

Hale Kai Hotelində müasir beynəlxalq xidmət standartlarına cavab verən yüksək sürətli internetlə tam təchiz edilmiş 23 gözəl və rahat otaq vardır. Hale Kai Hotelinin yerləşdiyi yer onu həm biznes adamları, həm də səyahət edən turistlər üçün ideal bir məkana çevirir. Bütün otaqlar öz təchizatı ilə istənilən üçulduzlu hotelin tələblərinə cavab verir. Hotelin dizaynı beynəlxalq arenada məşhur olan Amerikan arxitektoru Frenk Lloyd Raytdan və onun artistik şüşəli pəncərələri, hündür arxalı stulları və iç-içə qurulmuş dahiyanə işləmələrindən ilhamlanır.

Ön büro (qəbul) xidmətləri hər gün 24 saat ərzində göstərilir və hotelin professional işçiləri təcili qeydiyyata düşmə və qeydiyyatdan çıxmanı, eləcə də səyahətlər, teatr biletləri, restoran rezervasiyası, maşın kirayəsi və görməli yerlərə turları təşkil edə bilər. Həmçinin, bizdə qaldığınız müddətdə xüsusi ehtiyaclarınızı təmin etməkdən məmnun olacağıq.

Amerikan sahibkarın idarə etdiyi Hale Kai Hoteli ciddi surətdə ABŞ / Beynəlxalq Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit (STƏM) tələblərinə əməl edir.

Mehmanxana haqqında Məlumat

Hale Kai mehmanxanası bir neçə müxtəlif növdə otaq təklif edir: Standart, Yarımlüks və Lüks otaqlar. Üç mərtəbədə yerləşən hoteldə dörd Standart, on bir Yarımlüks və səkkiz Lüks vardır.

Hər bir svit xoş təbii çalarlarla rənglənib fərdi olaraq dizayn edilmiş ləvazimatlarla bəzədilmişdir. Ənənəvi yerli incəsənət əsərləri, lüks otaqlardakı əllə düzəldilmiş rəngli şüşə, yataq otaqlarını qonaq otaqlarından ayıran xüsusi divarlar və əllə toxunmuş xalçalar Bakının zəngin mədəniyyəti və stilini nümayiş etdirməklə yanaşı hər bir otağa özünəməxsus gözəllik və tam rahatlıq verir. Hər bir otaqda zövqlə işlənmiş xalça, parket və daş döşəmə ilə yanaşı tamamilə kaşı döşənmiş vanna otaqları da var. Vanna otaqları radiant qızdırıcı döşəmələr və 900 mm böyüklüyündə duş kabinələri ilə xüsusi dizayn edilmişdir. Kiçik və Prezident Svitlərdə açılan divanlar vardır ki, lazım gəldikdə ikinci yataq düzəltmək üçün onlardan rahatca istifadə etmək olar. Bütün otaqlarda qonaqlarımıza limitsiz yüksək sürətli İnternetə çıxış vermək və bir neçə elektron cihazları dəstəkləmək üçün əlavə elektrik rozetkaları və LAN rabitəsi vardır.

Bütün otaqlarda aşağıdakılar vardır:

  • Hava kondisioneri
  • Özütənzimləyici qızdırma sistemi
  • Temperatura nəzarət sistemi
  • Peyk televiziyası
  • Birbaşa beynəlxalq çıxışı olan telefon
  • Pulsuz yüksək sürətli və simsiz internetə çıxış
  • Minibar və kiçik mətbəxt
  • Pulsuz kofe və çay paketləri
  • Saç fenləri
  • Ortopedik döşəklər
  • Gündəlik təmizlik və cəmaşirxana xidmətləri
  • Daxili yanğın xəbərdarlıq sistemi
  • Otaqların çoxsunda rahat açılan divanlar